İşçi sayına yenidən məhdudiyyət tətbiq edildi

İşçi sayına yenidən məhdudiyyət tətbiq edildi

16 Oktyabr 2020 10:28
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.