Prezident: "Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək”

Prezident: "Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək”

15 Oktyabr 2020 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.

Oxuməni.az