Ordumuza məxsus Su-25-in vurulması yalandır

Ordumuza məxsus Su-25-in vurulması yalandır

15 Oktyabr 2020 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb", - MN-dən bildirilib.

Oxuməni.az