Martunidə yaralananlar jurnalistlərdir, yoxsa Ermənistan tərəfində döyüşən muzdlular?

Martunidə yaralananlar jurnalistlərdir, yoxsa Ermənistan tərəfində döyüşən muzdlular?

1 Oktyabr 14:38
314
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan hökumət aparatının informasiya və ictimai əlaqələr Mərkəzinin rəhbəri Ohanes Movsisyan Dağlıq Qarabağda Fransanın iki vətəndaşının yaralandığını bildirib.

Oxuməni.az mk.ru-ya istinadən xəbər verir ki, Movsisyan yaralananların hər ikisinin Le Monde qəzetinin əməkdaşı olduğunu ehtimal etdiyini deyib. Onun sözlərinə görə, hər iki jurnalist Martuni rayonu ərazisində Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanıb. Lakin sual ortaya çıxır: "Fransız jurnalistlər" Azərbaycanın işğal edilmiş ərazisində nə gəzirlər? Bunun üçün onlar ən azından Azərbaycan hökumətindən rəsmi icazə almalı idilər. Digər tərəfdən də Movsisyanın yaralanan hər iki şəxsin fransız jurnalisti olduğunu ehtimal kimi söyləməsi onların Le Mondenin əməkdaşları olduğuna şübhə oyadıb. Ola bilsin ki, hər iki yaralı fransız Ermənistan tərəfində döyüşən muzdlulardır... Çünki Ermənistan tərəfi dəfələrlə Azərbaycana qarşı döyüşən muzdluları fərqli adlar altında ( xarici humanitar yardım əməkdaşı, tibb işçisi, jurnalist) qələmə verməyə cəhd edib...

Əziz Mustafa