Şanlı Azərbaycan Ordusu  əks-hücumlarını davam etdirir

Şanlı Azərbaycan Ordusu əks-hücumlarını davam etdirir

1 Oktyabr 2020 08:28
Bəyəndim (2) Bəyənmədim (0)

Şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

Oxuməni.az xəbər verir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Erməni hərbçiləri darmadağın edilmiş hərbi hissələrində çoxlu sayda döyüş və hərbi texnikalarını qoyub qaçıblar. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv olunub.

Oxuməni.az