Cənublu soydaşlarımız İrandan Ermənistana gedən hərbi yüklərə od vurublar-VİDEO

Cənublu soydaşlarımız İrandan Ermənistana gedən hərbi yüklərə od vurublar-VİDEO

30 Sentyabr 2020 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

İran ərazisindən keçərək Ermənistana daşınan hərbi yüklər cənublu soydaşlarımız arasında hiddətə səbəb olub.

Oxuməni az yerli mətbuata istinadən xəbər verir ki, əvvəlcə soydaşlarımız İran ərazisindən Ermənistana TIR-larla daşınan hərbi yükləri çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Bu kadrlardan hiddətlənən azərbaycanlılar dünən axşam saatlarında İranın Ermənistanla sərhəd-keçid məntəqəsinin qarşısında həmin yüklərin bəzilərinə od vurublar. Soydaşlarımız sərhəd-keçid məntəqəsinin qarşısında yolu qazaraq yüklərin hərəkətinə mane olmağa çalışırlar.

İran üzərindən Ermənistana hərbi yüklərin daşınmasını rəsmi Tehran inkar edir. Hərçənd bu barədə sosial şəbəkələrdə yayılan kadrlar iki ölkə arasında qonşuluq və dostluq münasibətlərinə kölgə salır.

Oxuməni.az