Düsseldorfda azərbaycanlılar “Erməni terroruna və işğalına yox” adlı yürüş keçiricəklər

Düsseldorfda azərbaycanlılar “Erməni terroruna və işğalına yox” adlı yürüş keçiricəklər

30 Sentyabr 09:54
133
Bəyəndim (3) Bəyənmədim (0)

Almaniyada yaşayan azərbaycanlılar “Erməni terroruna və işğalına yox” adlı yürüş keçiricəklər.

Oxuməni.az xəbər verir ki, həmvətənlərimizin yürüşü Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq.

Yürüşün məqsədi Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqət çəkmək olacaq.

Təşkilatçılarından verilən məlumata görə, yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəkləri də dəstək verəcəklər.

Yürüşdə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, ingilis və alman dilində səsləndiriləcək.

Artıq Düsseldorf şəhər rəhbərliyi oktyabrın 3-ü, yerli vaxtla saat 13: 00-dan 16:00-ya kimi davam edəcək yürüşə razılıq verib. Yürüşün başlanğıc nöqtəsi kimi Düsseldorf şəhər Dəmir Yol Vağzalı qeyd edilib.

Oxuməni.az