Düşmənin vurulan avtobusu: Professor detalları açıqladı

Düşmənin vurulan avtobusu: Professor detalları açıqladı

29 Sentyabr 2020 17:38
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan mediası guya Azərbaycan Ordusunun Vardenisdə (Qeqarkunik əyaləti) Dağlıq Qarabağ istiqamətində gələn mülki avtobusu vurduğu və xeyli insanın öldüyü haqda məlumat yayıb. Hətta məhv edilən avtobusun fotosunu da paylaşıb. Araşdırmalarım zamanı bəlli oldu ki, bu avtobus qətiyyən mülki-filan deyil.

Oxuməni.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, tanınmış ekspert Fərhad Mehdiyev axar.az-a açıqlamasında deyib.

Fərhad Mehdiyev erməni sosial şəbəkə istifadəçisinin ötən gün paylaşdığı foto və məlumatın skrinini də redaksiyaya təqdim edib:

“Ötən gün könüllülərdən ibarət erməni gənclərin sözügedən avtobusla Qarabağa döyüşə gəldiyini əks etdirən fotoları erməni sosial şəbəkə istifadəçiləri “böyük fəxarətlə” paylaşırdılar. Bu gün isə Ermənistan mediası həmin avtobusun məhv edilməsini “mülki şəxslərə hücum” kimi qələmə verir. Halbuki burda heç bir “mülki obyektə hücum”dan söhbət gedə bilməz”.

Professor qeyd edib ki, beynəlxalq konvensiyalara əsasən, hansı obyektlərin vurulması aydın şəkildə göstərilir:

“Bura əlində silah olan və yaxud uniformadakı şəxslər, hərbi obyektlər, silah-sursat anbarları və s. aiddir. Beynəlxalq konvensiyalar mülki paltarda olan silahsız şəxslərə atəş açılmasını yasaqlayır. Ancaq indiki kontekstdə vurulan obyekt heç bir halda mülki deyil”.

F.Mehdiyev deyib ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı mütləq rəsmi çağırış yaymalıdır:

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistandan Dağlıq Qarabağa heç kimin gəlməməsi üçün çağırış etməlidir. Xüsusilə qeyd olunmalıdır ki, gələn istənilən şəxs Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə soxulan, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə qarşı savaşmaq üçün gələn könüllü olaraq qəbul ediləcək və dərhal məhv ediləcək. Yaxşı olar ki, bu müraciət rus və ingilis dillərində olmaqla, dünyanın bir çox dillərində yayılsın. Ermənistanda yaşayan ermənilərə xəbərdarlıq edilməlidir ki, Azərbaycan ərazisinə, Dağlıq Qarabağ istiqamətinə gəlməsinlər. Əgər bu müraciətdən sonra da gələcəklərsə, onda Azərbaycan Ordusunun istənilən nəqliyyat vasitəsini vurmasını Ermənistan “mülki obyektə hücum” kimi təqdim edə bilməyəcək”.

Oxuməni.az