Hərbi vəziyyətlə bağlı kimlərin hərəkətinə icazə veriləcək?

Hərbi vəziyyətlə bağlı kimlərin hərəkətinə icazə veriləcək?

28 Sentyabr 2020 11:44
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün səhərdən Azərbaycanda hərbi vəziyyət elan edilib.

Oxuməni.az xəbər verir ki, buna uyğun da olaraq bu gündən bir-sıra şəhərlərdə, o cümlədən Bakıda gecə saat 21.00-dan səhər saat 06.00-ya qədər komendant saatı tətbiq ediləcək. Bəs komendant saatı dövründə şəhərdə kimlərin hərəkətinə icazə veriləcək?
Bu sualla bağlı əməkdaşımız Murad Şahməmmədov “İcazə.gov.az” portalının əməkdaşı ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, hərbi vəziyyətlə bağlı hal-hazırda portal üzərində hazırlıqlar gedir, amma yekun olaraq bu xidmət bizə həvalə edilərsə, günün ikinci yarısında ictimaiyyətə rəsmi məlumat veriləcək və pandemiya ilə bağlı “İcazə.gov.az” necə fəaliyyət göstərirdisə, yəqin ki, oxşar şəkildə fəaliyyət göstərəcəyik.
Murad Şahməmmədov
Oxuməni.az