Ağdaşda əlilə qarşı dəhşətli haqsızlıq edilib

Ağdaşda əlilə qarşı dəhşətli haqsızlıq edilib

27 Sentyabr 2020 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaşda fiziki məhdudiyyəti olan şəxsə əlillik qrupu səhv verilib. Bunu iddia edən isə şəxsin valideynləridir. Dəfələrlə aidiyyatı üzrə müraciət etsələrdə heç bir nəticəsi olmayıb.

1-ci qrup gözləyirdi, 3-cü qrup əlillik təyin etdilər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Ağdaş Rayonun Hapıtlı kənd sakini 19 yaşlı Xəyal Əliyev anadan gəlmə skolyoz xəstəsidir. Xəyal Əliyev 18 yaşı tamam olana qədər sosial müavinət alıb. Daha sonra əlillik qrupu üçün müraciət edilib.Lazım olan sənədləri Tibbi sosial ekspert komissiyasının Ağdaş şöbəsinə təqdim edilib. Cavablar gəldikdə isə məlum olub ki, əlilə 3 -cü qrup verilib.Valideynlər isə iddia edir ki, bu şəxsə 1-ci qrup verilməlidir.

Nəticə ilə razılaşmayan Xəyal Əliyevin valideynləri tibbi komissiyaya yenidən müraciət ediblər.Buradan bildirilib ki, əlillik qrupunun dəyişdirilməsi üçün xəstəxananın həkim komissiyasının yeni rəyi gətilməlidir. Valideynləri tərəfindən tibbi rəylər komissiyaya təqdim edilsədə heçnə dəyişməyib.

Məslə ilə bağlı Ağdaş rayon mərkəzi xəstənasından "Xəzər Xəbər"ə bildiriblər ki, Xəyal Əliyev xəstəliyi ilə bağlı mütamadi olaraq həkim müayinəsindən keçirilib. Müayinin nəticələri ilə bağlı əlilliyin təyinatı üçün lazımi sənədlər ailəyə təqdim edilib.Əlliliyin dərəcəsini xəstəxana yox Əmək və Əhalinin sosial müdafiəsi naziyili təyin edir.

Əmək və əhalinin sosial müdafiəsi naziyilinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdiki, hər bir şəxsə əlilliyin təyin olunması zaman xəstənin özünü görmədən haqqında yazılan "Forma 88" adlı sənədinə baxılır.Bundan sonra əlillik təyin edilir.Görünür ki xəstəxanın həkim komissiyasından verilən sənəddə hər hansı bir nöqsan var-deyə Fazil Talıblı bildirib.