Keşlə qəsəbəsində avtomobil yolda dayanan iki piyadanı  vurub

Keşlə qəsəbəsində avtomobil yolda dayanan iki piyadanı vurub

26 Sentyabr 2020 08:58
Bəyəndim (2) Bəyənmədim (0)

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində avtomobil yolda dayanan iki piyadanı - 1982-ci il təvəllüdlü Bahəddinov Vüqar Qardaşxan oğlunu və 1985-ci il təvəllüdlü Mürsəlov Rəşad Telman oğlunu vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər iki şəxsə sol və sağ baldır sümüklərinin əziyi diaqnozları qoyulub.

Zaur

Oxuməni.az