Millət vəkili “Pikap”ların yığılması prosesini düzgün hesab etmir

Millət vəkili “Pikap”ların yığılması prosesini düzgün hesab etmir

25 Sentyabr 2020 16:06
Bəyəndim (5) Bəyənmədim (1)

Polis texniki baxış zamanı gördüyü işə şübhə ilə yanaşır?

Millət vəkili Erkin Qədirli mətbuata açıqlamasında “Pikap”ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınmasını nəzərdə tutan qanunun olduğunu bildirib:
“Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin. (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var. “Pikap” və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar”.
Millət vəkili Erkin Qədirlinin sözlərinə əlavə olaraq bildiririk ki, bütün avtomobillər texniki baxışdan keçən zaman onların yararlı olub-olmaması, texniki cəhətdən saz olması barəsində vahid elektron sistemə informasiya yerləşdirilir. Belə sual yaranır: Polis texniki baxış zamanı gördüyü işə şübhə ilə yanaşır?

Oxuməni.az