Keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub

Keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub

23 Sentyabr 2020 15:52
Bəyəndim (2) Bəyənmədim (0)

Ayrı-ayrı vətəndaşlara 2 milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub.

Oxuməni.az xəbər verir ki, bu barədə Yenisabah.az-ın yaydığı məlumatda deyilir. Keçmiş deputatın borclu olduğu şəxslərdən biri – Təranə Fətəliyeva Ali Məhkəmədən də qalib çıxıb. Məlumat üçün deyək ki, Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Bundan başqa, keçmiş deputatın Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar, Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Təranə Fətəliyeva və adıçəkilən digər vətəndaşlar həm də Baş Prokuroluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Oxuməni.az