Erməniləşmiş azərbaycanlı general İrəvanda qızına toy edib

Erməniləşmiş azərbaycanlı general İrəvanda qızına toy edib

21 Sentyabr 2020 12:30
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisindəki separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti”nin rəisi general-mayor Kamo Ağacanyan işğalçı Ermənistan paytaxtında qızına toy edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə bu barədə Ermənistan saytları məlumat yayıb. Məlumatda deyilir ki. işğalçı ölkə baş naziri N.Paşinyan toya arvadı A.Akopyanla birgə qatılıb. Qarabağdakı xunta rejiminin keçmiş rəhbəri Bako Saakyan da mərasimdə iştirak edib.

Bildirilir ki, hazırda Ermənistandakı karantin qaydalarına əsasən 60 nəfərədək şəxsin iştirakıyla toy və yas mərasimlərinə icazə verilir.

Xatırladaq ki, 2016-c ildə bu sətirlərin müəllifinin apardığı araşdırma nəticəsində separatçı rejimin keçmiş “polis rəisi” olan general Kamo Ağacanyanın atasının azərbaycanlı olduğu bilinib.

"Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib..."

Oxuməni.az