Qurban Məmmədovun oğlu yalan qanışıb: Atası həbs edilməyib

Qurban Məmmədovun oğlu yalan qanışıb: Atası həbs edilməyib

17 Sentyabr 2020 15:12
Bəyəndim (4) Bəyənmədim (0)

Avropaya sığınan Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı yayılan məlumatlar təsdiqlənməyib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov sosial şəbəkədə status yazaraq, atasının İngiltərədə olduğunu bildirib.

“Qurban bəy artıq İngiltərədədir. Sağ və salmatdır. İndi yoldadır. Türkiyəylə bağlı heç bir problem yoxdur. Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir”, - deyə Qoşqar Məmmədov bildirib.

Qeyd edək ki, Qoşqar Məmmədov özü bundan öncə Azərbaycan hüquq-mühafizə orqanlarının haqqında beynəlxalq axtarış elan etdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə məlumat yaymışdı.

Oxuməni.az