Ankaradan Afinaya sərt mesaj: Cavabı pis olacaq

Ankaradan Afinaya sərt mesaj: Cavabı pis olacaq

14 Avqust 15:57
2 441
Bəyəndim (1) Bəyənmədim (0)

“Oruc Rəis” gəmisi Türkiyənin kontinental şelf sərhədi zonasında fəaliyyət göstərir.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçrəli həmkarı İqnazio Kassislə birgə keçirdiyi brifinqdə deyib.

“Yunanıstan ağlını başına toplasın. “Oruc Rəis” gəmisinə qarşı təxribat xarakterli hücum etməsin. Yoxsa qarşılığı pis olar”, - Çavuşoğlu bildirib.

Türkiyəli nazir qeyd edib ki, əgər Yunanıstan “qaydaları mən təyin edəcəyəmsə, danışıqlara başlayaq” deyirsə, belə alınmaz:

“Burada çox gülməli vəziyyət yaranıb. Yunanıstan bu fikirlərdən əl çəkməlidir. Meis adası Türkiyəyə 2 kilometr, Yunanıstana isə 580 kilometr uzaqlıqldadı. Yunanlar bu adacıq üçün 40 min kvadrat kilometr kontinental şelf zonası tələb edir. Avropa Birliyi (AB) bunları qərəzli düşünməməyə dəvət etməlidir. Digər tərəfdən də Fransa gərginliyi artıracaq addımlardan əl çəkməlidir. Qoçuluqla heç bir şey əldə edə bilməzlər”.

Oxuməni.az