Akar Bakıdan İrəvana mesaj verdi: 83 milyonluq Türkiyə...

Akar Bakıdan İrəvana mesaj verdi: 83 milyonluq Türkiyə...

13 Avqust 17:00
2 424
Bəyəndim (2) Bəyənmədim (0)

Ermənistana qarşı Azərbaycanın yanındayıq.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistanın Azərbaycanın Tovuz rayonuna qarşı xain hücumunu bir daha şiddətlə qınayırıq. Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırım törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silah yoldaşlarımızın sona qədər yanındayıq.

Azərbaycan yalnız deyil. Azərbaycanın haqlı davasına və ərazi bütövlüyünə olan güclü dəstəyimiz bundan sonrada eyni formada davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarını qurtarma mübarizəsində 83 milyonluq Türkiyə olaraq sona qədər qardaşlarımızın yanındayıq”, - nazir bildirib.

Oxuməni.az