Rusiyanın vaksini beş ölkədə istehsal ediləcək

Rusiyanın vaksini beş ölkədə istehsal ediləcək

11 Avqust 2020 17:00
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya artıq beş ölkədə koronavirus peyvəndi istehsalına razılıq verib.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev deyib.

“Xarici tərəfdaşlarla birlikdə artıq 5 ölkədə ildə 500 milyon doza vaksin istehsalını təmin etməyə hazırıq və istehsal gücünü daha da artırmağı planlaşdırırıq”, – deyə o bildirib.

Dmitriyevin sözlərinə görə, 20 ölkədən 1 milyard dozadan artıq peyvənd alınmasıyla bağlı ilkin müraciətlər qəbul edilib.

Oxuməni.az