Ukraynada koronavirus xəstələrinin sayında artım müşahidə edilir

Ukraynada koronavirus xəstələrinin sayında artım müşahidə edilir

11 Avqust 2020 16:44
Bəyəndim (1) Bəyənmədim (0)

Avqustun 11-nə olan məlumata görə, Ukraynada 83 min 115 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 1158-i son 24 saat ərzində aşkar edilib.

Oxuməni.az Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının saytına istinadla xəbər verir ki, ən çox yoluxma halları Lvov, Xarkov, İvano-Frankovsk vilayətləri və Kiyevdə qeydə alınıb.

Ukraynada COVID-19 virusuna yoluxanlardan 44 min 934 nəfəri sağalıb, 1951 nəfər isə vəfat edib.

Xatırladaq ki, avqustun 3-dən etibarən Ukrayna ərazisində koronavirus xəstələrinin gün ərzində orta artım göstəricisi mindən aşağı düşməyib. Bu statistika ölkədəki əlverişsiz epidemioloji vəziyyətdən xəbər verir. Ukraynanın Səhiyyə Nazirliyi xəstələrin sayının artmasını insanların gigiyenaya və virusdan müdafiə sahəsində elementar tövsiyələrə riayət etməyərək, səhlənkar davranmaları ilə əlaqələndirir.

Oxuməni.az