Belarusda toqquşmalar

Belarusda toqquşmalar

10 Avqust 2020 12:28
Bəyəndim (10) Bəyənmədim (0)

Belarusda prezident seçkiləri ərəfəsində olan gərginlik bazar günü axşam küçələrə sıçradı.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, hakimiyyətyönlü ekzitpolun ilk nəticələrindən hiddətlənən Lukaşenko əleyhdarları səsvermənin nəticələrinin saxtalaşdırıldığı yerə etirazını bildirmək üçün Minskin mərkəzinə toplaşmağa başlayıblar. Onlar asayişin qüvvələrini saxlamağa çalışdılar.

Qarşıdurma bir neçə saat davam etdi. Mitinqçilərə qarşı xüsusi vasitələr, o cümlədən su şırnaqları, işıq qumbaraları, rezin güllələr və bibər qazı tətbiq edilib. Zərərçəkənlər var, saxlanılanlar çoxdur.

Güc strukturları etiraz aksiyalarının lap əvvəlindən şəhər küçələri ilə yürüş təşkil etmək cəhdlərinin qarşısını sərt şəkildə alırdı. XTPD və Daxili Qoşunların bölmələri şəhərin mərkəzi rayonlarını mühasirəyə aldılar və etirazçıları əsas küçələrdən sıxışdırmağa başladılar. Ən ciddi toqquşmalar illik hərbi paradların keçirildiyi Masherov prospektində baş verib.

Prezidentliyə namizəd Svetlana Tixanovskaya tərəfdarlarını və hüquq-mühafizə orqanlarının əməkdaşlarını zorakılıqdan çəkinməyə çağırıb və toqquşmalarda insanların zərər çəkdiyini bəyan edib. Onun qərargahının nümayəndəsinin sözlərinə görə, ölkə rəhbərliyi özü bu vəziyyəti xeyli dərəcədə qızışdırıb.

Etirazlar Brest, Gomel, Grodno və Belarusun digər şəhərlərində də baş verdi.

Oxuməni.az