Ölkəmizdə koronaya yoluxma sayı belə azaldı

Ölkəmizdə koronaya yoluxma sayı belə azaldı

10 Avqust 2020 10:55
Bəyəndim (27) Bəyənmədim (0)

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.

Oxuməni.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.

Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb.

Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.

Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə, 490 nəfər dünyasını dəyişib.

Oxuməni.az