Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub

Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub

8 Avqust 2020 10:56
Bəyəndim (23) Bəyənmədim (0)

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Bu barədə Oxuməni.az-a Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən məlumat verilib.

2020-ci ilin iyul ayının 1-nə olan statistikaya görə, Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 308,6 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 000 nəfər və ya 0,6 faiz artıb.

Oxuməni.az