Livan yardım istədi: İnfrastruktur dağılıb

Livan yardım istədi: İnfrastruktur dağılıb

6 Avqust 2020 15:09
Bəyəndim (8) Bəyənmədim (1)

Livan Beyrutda baş verən partlayışın nəticələrinin öhdəsindən gəlmək üçün kifayət qədər maliyyə imkanına sahib deyil.

Oxuməni.az xəbər verir ki, bunu Livanın İqtisadiyyat naziri Raul Nehme deyib. Onun sözlərinə görə, Livan üçün yeganə həll yolu Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq etməkdir.

“Partlayışın fəsadlarını aradan qaldırmaq üçün maliyyə imkanlarımız yoxdur. Beynəlxalq ictimaiyyətdən kömək istəyirik. Partlayışın vurduğu zərər milyardlarla dollar həcmindəddir. Bütün dəymiş ziyanı hesablamaq vaxt aparacaq”, – nazir bildirib.

Mütəxəssislərin fikrincə, genişmiqyaslı yenidənqurma və tikinti işlərinin başlanması Livanın bütün iqtisadiyyatının yenidən başlamasına kömək etməyəcək. Belə ki, partlayış nəticəsində idxala xidmət edən əsas infrastruktur obyektləri məhv olub.

Oxuməni.az