Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

5 Avqust 16:37
1 953
Bəyəndim (1) Bəyənmədim (1)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxuməni.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.

Oxuməni.az