Livanda partlayışda həlak olanların sayı 100 nəfəri keçib

Livanda partlayışda həlak olanların sayı 100 nəfəri keçib

5 Avqust 2020 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Livanın paytaxtı Beyrutda ötən gün baş vermiş güclü partlayış nəticəsində həlak olanların sayı 100 nəfəri keçib.

Oxuməni.az-ın məlumatına görə, bunu Livanın Qırmızı Xaç komitəsi bildirib.

Qeyd olunur ki, dağıntılar altında çoxlu sayda qalanlar olduğu üçün, ölü sayı arta bilər.

Yaralıların sayı isə 4 mini keçir. Şəhər xəstəxanalarında yerlər dolduğu üçün bəzi yaralıları morqlarda qəbul edirlər.

Bundan başqa, partlayış nəticəsində havaya zərərli maddələrin yayıldığı barədə məlumat verilib. Sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

Oxuməni.az