Monteneqro Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi

Monteneqro Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi

4 Avqust 2020 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Monteneqroya giriş üçün epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısına" daxil edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Monteneqronun Milli Koordinasiya Şurası qərar qəbul edib.

Bununla Azərbaycan vətəndaşlarına COVID-19 ilə bağlı əlavə tələblər olmadan Monteneqroya girişinə icazə veriləcək.

1 iyun tarixindən etibarən Monteneqro hökuməti ölkəyə xüsusi giriş meyarlarını tətbiq etməyə başlayıb. Bu qaydalara görə, 100 min nəfərə 25-dən çox yoluxma halı qeydə alınan ölkələrin vətəndaşları üçün sərhədlər bağlı olacaq.

Oxuməni.az