KİV: Şimali Koreyada koronavirus xəstəsi yoxdur

KİV: Şimali Koreyada koronavirus xəstəsi yoxdur

30 İyul 16:44
2 950
Bəyəndim (0) Bəyənmədim (0)

KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çve Rön He COVID-19 infeksiyasının yayılması təhlükəsi ilə bağlı karantinə alınan sərhədyanı Keson şəhərinə gedib.

Oxuməni.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, Çve Rön He şəhərdə virus əleyhinə fövqəladə tədbirləri təftiş edib.

Agentliyin məlumatına görə, KXDR Dövlət Şurası sədrinin birinci müavini yerli məmurlarla görüş keçirib və onlara ehtiyacı olan ailələrin ərzaq və preparatlarla təminatı məsələlərini həll etməyi tapşırıb. O, həmçinin qeyd edib ki, dezinfeksiya və virusa qarşı digər tədbirlər tam şəkildə yerinə yetirilməlidir.

Qeyd edək ki, Pxenyan ötən həftənin sonlarında Cənubla Şimal arasındakı sərhədi keçərək Keson şəhərinə qayıdan 24 yaşlı koreyalıda koronavirus əlamətləri olduğu barədə məlumat yayıb. Bundan sonra Şimali Koreya lideri Kim Çen In bütün şəhərin karantin altına alınmasına göstəriş verib və virusun yayılmasının qarşısının alınması məqsədilə həmin bölgədə fövqəladə vəziyyət rejimi elan edib. Antiepidemiya təşkilatı koronavirus şübhəsi ilə izolyasiya edilən şəxsin analiz nəticələrinin qeyr-müəyyənliyə səbəb olduğunu bildirib.

İyulun 30-da isə Şimali Koreyanın dövlət KİV-ləri ölkədə əvvəlki kimi COVID-19 xəstəsinin olmadığını yazıb. Cənubdan gələn şəxsin analizinin hansı nəticə verdiyinə isə aydınlıq gətirilməyib.

Oxuməni.az