Braziliya hava sərhədlərini açır

Braziliya hava sərhədlərini açır

30 İyul 2020 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya xarici vətəndaşlar üçün hava sərhədlərini açır.

Oxuməni.az xəbər verir ki, bu barədə Braziliya hökumətinin rəsmi qəzeti yazıb.
Bildirilib ki, ölkəyə 90 günə qədər qısa müddət üçün gələn əcnəbilər təyyarəyə minmədən əvvəl nəqliyyat şirkətinə Braziliyada etibarlı olan və səfərin bütün dövrünü əhatə edən tibbi sığorta təqdim etməlidir.
Qeyd olunub ki, quru və su sərhədlərindən keçmək qadağası daha 30 gün davam edəcək.
Bundan əlavə, beş ştatdakı hava limanı beynəlxalq aviareyslər üçün əlavə xəbərdarlığa qədər bağlı qalacaq.

Oxuməni.az