Ərdoğan: “Turizm istisna olmaqla, bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb”
“Pandemiya dövrünü dünyanın təqdirini qazanacaq şəkildə uğurla idarə etdik”.
Oxuməni.az-ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərkən deyib.
O bildirib ki, turizm istisna olmaqla, ölkədə bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb.
Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək bundan sonra da onları sanitar-gigiyenik qaydalara riayət etməyə, habelə tibbi maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.
“Əldə etdiyimiz uğurları qoruyub, daha böyük hədəflərə doğru addımlamalıyıq”, - deyə Ərdoğan vurğulayıb.
Oxuməni.az
Digər xəbərlər