Bu gün Qırğız Respublikasında matəmdir

Bu gün Qırğız Respublikasında matəmdir

30 İyul 2020 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğız Respublikasında son sutkada koronavirusdan 17 nəfər həyatını itirib.

Oxuməni.az “Sputnik Kırgız”a istinadən xəbər verir ki, bunu Respublika Səhiyyə Nazirliyinin İctimaiyyət İdarəsinin rəisi Aynur Akmatova iyulun 30-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan ölkədə 1 364 nəfər virusun qurbanı olub. Son sutkada 631 nəfər koronavirusa yoluxub. Onların ümumi sayı 35 143 nəfərə yüksəlib.

İyulun 30-da Qırğız Respublikasında koronavirusdan ölənlərin xatirəsinin yad edilməsi məqsədilə matəm günüdür. Ölkədə bu məqsədlə bir sıra mərasimlər keçirilir. Respublikada bütün rəsmi qurumların, eləcə də ölkənin xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binaları üzərindəki dövlət bayrağı endirilib.

Oxuməni.az