Deputat erməni təxribatı ilə bağlı çağırış etdi

Deputat erməni təxribatı ilə bağlı çağırış etdi

14 İyul 2020 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni barbarlığının əyani təzahürüdür.

Oxuməni.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, Tovuzda dinc əhalinin atəşə tutulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən reaksiya verilməsini tələb edib:

“Əvvəlki dönəmlərdə də ermənilərin yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutması nəticəsində təmas xəttində, o cümlədən doğulub boya-başa çatdığım və hazırda parlamentdə təmsil etdiyim Füzuli rayonunda mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Uzun müddət bir sıra aparıcı beynəxalq təşkilatlarda çalışmış və hazırda da parlamentlərarası əlaqələr üzrə işçi qruplarından birinin rəhbəri olan millət vəkili kimi beynəlxalq ictimaiyyəti, ATƏT Minsk Qrupunun həmsədrlərini Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməyə və ciddi qınamağa çağırıram”.

Oxuməni.az