Kremldən Tovuzdakı gərginliklə bağlı açıqlama

Kremldən Tovuzdakı gərginliklə bağlı açıqlama

14 İyul 2020 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən dərin şəkildə narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə çağırır.

Oxuməni.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Minsk Qrupunun həmsədri kimi həll üçün vasitəçilik göstərməyə hazırdır. Bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvandakı həmkarları ilə intensiv telefon kontaktları olub. Ona görə də biz hər iki tərəfi təmkinli olmağa çağırırıq”, – deyə o bildirib.

Oxuməni.az