Rusiya Qran-prisinin vaxtı dəqiqləşdi

Rusiya Qran-prisinin vaxtı dəqiqləşdi

10 İyul 2020 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Formula 1” üzrə Rusiya Qran-prisinin təyin olunmuş tarixlərdə keçiriləcəyi təsdiqlənib.

Oxuməni.az xəbər verir ki, qərar əsasən, Qran-pri sentyabrın 25-dən 27-dək Soçidə təşkil olunacaq.
Bir müddət əvvəl “Formula 1” rəhbərliyi sərhədlər bağlandığına görə, Rusiyadan yarışı təxirə salmasını istəmişdi. Bu tədbirlər koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq edilib.
Xatırladaq ki, F-1 mövsümünün başlanması COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. İlin ilk yarışı iyunun 5-də Avstriyada keçirilib, Valtter Bottas birinci yeri qazanıb.

Oxuməni.az