Bəzi ölkələr karantin rejimini uzadır

Bəzi ölkələr karantin rejimini uzadır

10 İyul 12:01
1 908
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiya Prezidenti koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimini avqustun 1-dək uzatmaq qərarı verib.

Oxuməni.az xəbər verir ki, buna səbəb ölkədə yoluxma sayının yenidən kəskin artmasıdır.

Ötən gün Kolumbiyada 5,3 mindən çox yoluxmaq qeydə alınıb. Bu günədək ölkədə 134 minə yaxın şəxsdə infeksiya aşkarlanıb, 4 714 nəfər ölüb.

Eyni zamanda Avstraliyanın Viktoriya şəhərinin qubernatoru Daniel Endrüs ştatın ən iri şəhəri Melburnda 6 həftəlik karantin rejiminin tətbiq olunduğunu elan edib. Melburnda son sutkada 191 yeni yoluxma olub.

İspaniyanın Kataloniya muxtar regionunda 210 min əhalisi olan Seqria rayonuna giriş-çıxış bağlanıb. Son bir həftə ərzində bu bölgədə 400 yoluxma qeydə alınıb. Rayondan yalnız zəruri işlə bağlı çıxmağa icaz verilir.

Qazaxıstanın paytaxtı Nur-Sultanın akimi Altay Kulginov ölkədə ii həftəlik karantin rejiminin tətbiq olunmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlərin yumşaldılmasının başlamasından sonra koronavirusa yoluxma halları artmağa başlayıb.

Özbəkistanda da sərt karantin rejiminin təkrar tətbiq olunması təklif edilir.

Qeyd olunub ki, ölkədə hər gün 300-350 yoluxma qeydə alınır. Bu rəqəmi azaltmaq üçün sərt karantin rejimi zəruri hesab edilir.

Oxuməni.az