Kadırov onu tənqid edən bloqerin qətlindən yazdı

Kadırov onu tənqid edən bloqerin qətlindən yazdı

9 İyul 11:20
1 572
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistan lideri Ramzan Kadırov Vyanada çeçen bloqerin qətlində Rusiyaya qarşı fəaliyyət göstərən xarici xüsusi xidmət orqanlarının iştirak etdiyini hesab edir.
Oxuməni.az xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, fəaliyyətini yalançı vətənpərvərlik ideyası üzərində quran digər şəxslər həmişə Rusiya Federasiyasına və Çeçenistanın başçısına qarşı işləyən xarici xüsusi xidmət orqanlarının qurbanı olacaqlar.
“Bilirlər ki, Rusiyanın Qafqaz sərhədləri mənim və sadiq komandam tərəfindən qorunur. Bu, onların xoşuna gəlmir”, - deyə Kadırov vurğulayıb.
O, Osmanlı İmperiyasında belə halların baş verdiyini xatırladıb.
Çeçenistan lideri əlavə edib ki, satılmış xəbərçilər öz işlərinə görə pul alırlar və sonra onları uydurma "həqiqətin" günahsız qurbanları kimi öldürürlər.
Xatırladaq ki, iyulun 5-də Vyanada çeçen bloqer Mamixan Umarov qətlə yetirilib. Hadisə ilə bağlı iki nəfər tutulub. Öldürülən bloqer dəfələrlə Kadırovu tənqid edib və ailəsinə qarşı təhqirlər səsləndirib.

Oxuməni.az