Dünyanın ən varlı adamının sərvəti açıqlandı

Dünyanın ən varlı adamının sərvəti açıqlandı

9 İyul 2020 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən varlı adamı Cef Bezosun sərvəti Amazon şirkətinin səhmlərinin bahalaşması fonunda rekord həddə 180 milyard dollara çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə öz saytında "Forbes" jurnalı bildirib. Jurnalın hesablamalarına əsasən, çərşənbə günü "Amazon"un kapitallaşması 1,52 trilyon dollara çatıb. Beləliklə, onlayn-reteylerin səhmlərinin 11,1 faizinin sahibi olan Cef Bezosun sərvəti 181,5 milyard dolları ötüb.

Qeyd edilir ki, bu, belə statistikanın tərtib edildiyi bütün müddət ərzində rekord rəqəmlərdir.

Oxuməni.az