İsraildə  koronavirus infeksiyasına yoluxanların sayı 621 nəfər artaraq  23 421 nəfərə çatıb

İsraildə koronavirus infeksiyasına yoluxanların sayı 621 nəfər artaraq 23 421 nəfərə çatıb

28 İyun 08:17
1 418
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 621 nəfər artaraq ümumilikdə 23 421-ə çatıb. Həmçinin eyni diaqnozdan 3 nəfər ölüb, ölənlərin ümumi sayı 317 olub.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 6102 koronaviruslu xəstə var, onlardan 41 nəfəri ağır vəziyyətdədir, daha 23 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 17 002 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az