Türkiyə mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolundan bəhs edən yazı yerləşdirilib

Türkiyə mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolundan bəhs edən yazı yerləşdirilib

27 İyun 2020 14:12
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində (KİV) məqalə yerləşdirilib.

“Azərbaycan ordusu 102 yaşını qeyd edir” başlıqlı məqalədə silahlı qüvvələrimizin yaranma tarixi və müasir vəziyyəti barədə türkdilli oxucular məlumatlandırılır. Diqqətə çatdırılır ki, müasir Azərbaycanın silahlı qüvvələri müstəqilliyimizin bərpasından sonra geniş inkişaf yolu keçib. Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən təsis edilən ordumuzun tarixi missiyası və sonrakı dövrlərdə baş verənlərdən bəhs olunur. Bildirilir ki, müstəqilliyimizin bərpasından sonra Türkiyə ilə hərbi sahədə çoxsaylı anlaşmalar imzalanıb. Ordu arsenalımızın genişlənməsində qardaş ölkədə istehsal olunan hərbi məhsullara geniş yer verilib.

Məqalə ilə “yeniakit”, ”yeniakit”, “yenicag” və digər saytlarda tanış olmaq mümkündür.

Oxuməni.az