Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb

Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb

31 May 15:51
1 439
Bəyəndim (0) Bəyənmədim (0)

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxunməni.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".

Oxunməni.az