ABŞ-da yaşayan və koronavirus səbəbindən ölkəyə geri qayıda bilməyən vətəndaşlarımız şikayət edir

ABŞ-da yaşayan və koronavirus səbəbindən ölkəyə geri qayıda bilməyən vətəndaşlarımız şikayət edir

30 May 09:32
1 242
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da yaşayan və koronavirus səbəbindən ölkəyə geri qayıda bilməyən vətəndaşlarımız onlar üçün çarter reyslərinin təşkil olunmamasından şikayət edir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bununla bağlı Axar.az-a müraciət edən vətəndaşlarımız bildirib ki, 350-dən çox şəxs geri qayıtmaq üçün qeydiyyatdan keçsə də, Azərbaycan tərəfinin rəsmi qurumları onların müraciətini cavabsız qoyub. Vətəndaşlarımız qeyd edirlər ki, mayın 29-na planlaşdırılan çarter reysi də naməlum səbəbdən təxirə salınıb və ABŞ-dakı səfirlikdən onlara bu reyslərin olmayacağı barədə məlumat verilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, çarter reysləri ilə bağlı müvafiq qərarı hökumət verir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə bildirib ki, ABŞ-da olan vətəndaşlarımızın geri qaytarılması məsələsini hökumət nəzərdən keçirir:

“Məlum olduğu kimi, vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı hökumət tərəfindən tədbirlər həyata keçirilir. ABŞ-dakı vətəndaşların qaytarılması məsələsi də aidiyyəti üzrə nəzərdən keçirilir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində qurumun mətbuat katibi İbrahim Məmmədov ABŞ-dan çarter reyslərinin nəzərdə tutulduğunu, bu barədə səfirliyin həmin şəxslərə məlumat verəcəyini deyib.

Oxuməni.az