Naxçıvan-Bakı-Naxçıvan təyyarə reysləri bərpa edilə bilər

Naxçıvan-Bakı-Naxçıvan təyyarə reysləri bərpa edilə bilər

25 May 2020 22:20
Bəyəndim (2) Bəyənmədim (0)

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Oxuməni.az nümayəndəliyin saytına istinadən xəbər verir ki, nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar B.Əsgərov Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə bağlı məktubla müraciət edib.

Qeyd edək ki,2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Oxuməni.az