Çeçenistan prezidenti Ramzan Kadırovu zəhərləyiblər?

Çeçenistan prezidenti Ramzan Kadırovu zəhərləyiblər?

23 May 2020 08:22
Bəyəndim (1) Bəyənmədim (0)

Çeçenistan prezidenti Ramzan Kadırovun vəziyyəti ağırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuat məlumat yayıb.

Qeyd edək ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskvada xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. "Baza" nəşrinin məlumatına əsasən, çeçen liderin ağciyərləri ciddi zədələndiyinə görə vəziyyəti ağırlaşıb. Bəzi ehtimallara görə, Ramzan Kadırovu zəhərləyiblər. Buna da səbəb onun son illərdə özünü həddindən artıq müstəqil aparması və Putin istisna olmaqla Rusiyanın digər yüksək vəzifəli şəxsləri ilə hesablaşmaması, onların göstərişlərini yerinə yetirməməsi olub. Ramzan Kadırovun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumatın verilməməsi də ona zəhər verilməsi ehtimalının doğru ola biləcəyini göstərir...

Oxuməni.az