Texas ştatı rəhbərliyi Azərbaycana təbrik ünvanlayıb

Texas ştatı rəhbərliyi Azərbaycana təbrik ünvanlayıb

21 May 11:48
2 240
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşımızın yaşadığı Texas ştatında "Azərbaycan Günü"nün elan olunması ilə bağlı bəyannamə hazırlanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ştatın dövlət katibi Rut Hyuz ADR-in yaradılmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycana rəsmi təbrik bəyanatı ünvanlayıb.

R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil ölkəmizə üçün ən xoş arzularını çatdırıb. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu deyərək əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağa və qeyd etməyə çağırıb.

Oxuməni.az