Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişə  icazə yoxdur

Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişə icazə yoxdur

20 May 2020 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər.

Oxuməni.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov e-hüquq.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir: "Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür".

Oxuməni.az