Azərbaycanda iki jurnalist koronavirusa yoluxub

Azərbaycanda iki jurnalist koronavirusa yoluxub

20 May 2020 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) iki əməkdaşı koronavirusa yoluxub.

ATV-nin Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı təsdiqləyib.

Bununla bərabər ATV-nin digər müxbiri Heydər Məmmədov da koronavirusa yoluxduğu üçün Atletlər kəndində karantinə alınıb.

Oxuməni.az