Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu

19 May 2020 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxuməni.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 21-26° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Oxuməni.az