Çin COVID-19 virusundan zərər çəkmiş ölkələrə maddi vəsait ayıracaq

Çin COVID-19 virusundan zərər çəkmiş ölkələrə maddi vəsait ayıracaq

19 May 2020 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Çin COVID-19 virusundan zərər çəkmiş ölkələrə maddi vəsait ayıracaq.

REN TV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin jurnalistlərə verdiyi açıqlamada bildirib.

Çin hökumətinin təqdim etdiyi vəsaitin miqdarına toxunan S.Cinpin qeyd edib ki, dünyada pandemiyadan əziyyət çəkən ölkələrə yardım məqsədilə büdcədən, ümumilikdə, iki milyard ABŞ dolları məbləğində pul ayrılacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, dünyada 4 805 151 nəfər koronavirusa yoluxub.

Virusdan 316 719 nəfər ölüb, 1 860 032 nəfər sağalıb.

Qitələr üzrə koronavirusa ən çox yoluxma Avropada (1 780 768 nəfər) qeydə alınıb.

Ölkələr üzrə virusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (1 527 664 nəfər), Rusiya (281 752 nəfər) və İspaniyadadır (277 719 nəfər).

Azərbaycanda indiyə qədər 3 387 nəfər koronavirusa yoluxub, 40 nəfər vəfat edib, 2 055 nəfər sağalıb.

Oxuməni.az