Rusiyada iyun ayında hava necə olacaq?

Rusiyada iyun ayında hava necə olacaq?

19 May 2020 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyun ayının hava proqnozu olduqca əlverişlidir.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalılara Hidrometeorologiya Mərkəzinin laboratoriyasının müdiri Lyudmila Parşina məlumat verib.

Parşinanın sözlərinə görə, Moskva və Moskva bölgəsində temperatur normadan yuxarı ola bilər — gündüz 20-25 dərəcə aralıqda və gecə plus 10-15 dərəcə isti gözlənilir.

Proqnoza görə, iqlim norması daxilində temperatur Pskov, Smolensk, Bryansk bölgələrində, Kamçatka, Xabarovsk diyarı və Amur vilayətində istilər gözlənilir.

Daha əvvəl Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand mayın sonunda Rusiyanın avropa hissəsinin mərkəzinə hərarətlə istilər olacağını bildirdi. Baharın son beş günü ərzində istilər 20 dərəcəyə qədər artacaq.

Oxuməni.az