İranda parlament seçkilərinin ikinci mərhələsinin vaxtı açıqlanıb

İranda parlament seçkilərinin ikinci mərhələsinin vaxtı açıqlanıb

18 May 2020 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

İranda XI çağırış parlament seçkilərinin ikinci mərhələsinin vaxtı açıqlanıb.

Oxuməni.az-ın məlumatına görə, İranın Seçkilər Qərargahının katibi Seyid İsmail Musəvi deyib ki, seçkilərin ikinci mərhələsi 11 sentyabr tarixində 11 dairə üzrə keçiriləcək.

Xatırladaq ki, İranda parlament seçkiləri bu ilin fevral ayının 21-də keçirilib. Seçkilərdə seçici fəallığının 42,57 faiz olduğu bildirilib. Ümumilikdə XI çağırış parlament seçkilərində 24 512 404 nəfər səs verib.

Oxuməni.az