İran ABŞ-dan BMT-yə şikayət etdi

İran ABŞ-dan BMT-yə şikayət etdi

18 May 2020 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-dan şikayət məktubu göndərib.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İranın Venesuelaya neft daşımalarına müdaxilə etmək və qarşısını almaq məqsədilə ABŞ-ın Tehranı Karib dənizinə donanma göndərəcəyi ilə təhdid etməsidir. Zərif ABŞ-ın qanunsuz, təhlükəli və qızışdırıcı hədələrinin bir növ quldurluq və beynəlxalq sülh üçün təhlükə ərz etdiyini dilə gətirib.

Nazir Vaşinqtonun qlobal müstəvidə güc tətbiq etməkdən imtina etməli, eyni zamanda beynəlxalq hüquququn aliliyi, o cümlədən açıq dənizlərdə daşımaların sərbəstliyinə hörmət etməli olduğunu vurğulayıb. O, hər hansısa bir qanun pozuntusu olsa, buna görə ABŞ-ın məsuliyyət daşıyacağını xatırladaraq, İranın bu təhdidlərə qarşı lazımi tədbirləri görmə haqqının olduğunu bildirib.

İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı isə məktubun göndərilməsindən sonra ABŞ-ın İrandakı diplomatik fəaliyyətlərini icra edən İsveçrənin Tehrandakı səfiri Markus Leytnerin nazirliyə çağırıldığını açıqlayıb. O, səfirdən İranın bu məsələ ilə bağlı mövqeyini ABŞ rəsmilərinə çatdırmağı tələb etdiklərini bildirib.

Oxuməni.az